“Beşiktaş” “Sabah”ın mesajına belə cavab verdi - FOTO

“Beşiktaş” “Sabah”ın mesajına belə cavab verdi - FOTO

Türkiyənin "Beşiktaş" klubu "Sabah"ın onları xeyriyyə matçı üçün Bakıya dəvət etməsi ilə bağlı sosial şəbəkə hesabındakı paylaşımına cavab verib.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisinin sosial şəbəkə hesabları vasitəsilə etdiyi paylaşımda "Sabah"ın dəvətini qəbul etdikləri bildirilib.

"Beşiktaş" "Sabah"ın türkcə paylaşımına Azərbaycan dilində cavab verib:

"Salam can qardaş,

Dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq".

Xatırladaq ki, Türkiyədə dəhşətli zəlzələdən zərərçəkənlərə yardım məqsədilə "Sabah"la "Beşiktaş"ın Bakıda xeyriyyə matçı keçirməsi nəzərdə tutulub. Görüşün mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılması planlaşdırılıb.

“Beşiktaş” “Sabah”ın mesajına belə cavab verdi - FOTO

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər