"Rubin”in baş məşqçisi Kurban Berdıyev Ayaz Quliyevi komandasında görmək istəyir.
Fanat.Az-a verilən məlumata görə türkmən mütəxəssis icarə əsasında oynadığı "Anji”dən məxsus olduğu "Spartak”a qayıdan yarımmüdafiəçidə böyük potensial görür. Berdıyev Ayaza olan simpatiyasını "İlk beşlik” milli mükafatına namizədlər arasında seçim edərkən də göstərib. Tanınmış çalışdırıcı Rusiyanın ən yaxşı gənc futbolçusunu müəyyənləşdirən sorğuda Ayazı birinci pillədə gördüyünü açıqlayıb. Kurban Bekiyeviç İkinci yerdə ÇSKA-nın forvardı Fyodr Çalovu, üçüncüdə öz yetirməsi Rifat Jemaletdinovu qərarlaşdırıb.
Fanat.Az