"Benfika" ilə matç "İnter"in gələcəyi baxımından həlledicidir"

"Benfika" ilə matç "İnter"in gələcəyi baxımından həlledicidir"

Milan "İnter"inin sabiq müdafiəçisi Xavyer Sanetti İtaliya nəhənginin bu mövsüm ortaya qoyduğu performansı dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun dediklərini jurnalist Nikolo Skira şəxsi "Twitter" hesabı üzərindən belə çatdırıb:

"Bu il "İnter" güclüdür və intensivlik nümayiş etdirir.  Çempionlar Liqasının 1/4 finalının cavab oyunları çərçivəsində İtaliyada keçiriləcək "Benfika" ilə matç gələcək baxımından həlledicidir. İtaliya çempionatında niyə problem yaşayırlar? Məncə, bu daha çox psixoloji məsələdir. Çl və A Seriyasındakı oyunların niyə fərləndiyini dəqiq deyə bilmərəm. Bildiyim budur ki, Romelu Lukaku zədələnənəndən sonra hələ əvvəlki formasını yığmayıb".

Qeyd edək ki, "qara-göylər" Lissabondakı qarşılaşmada 2:0 hesablı qələbə qazanıb. Cavab oyunu aprelin 19-da Milanda keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər