Belçika İspaniyaya, Rumıniya Niderlanda qarşı

Belçika İspaniyaya, Rumıniya Niderlanda qarşı

Qadın voleybolçular arasında Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün növbəti oyunlar keçiriləcək.

Fanat.Az xəbər verir ki, əvvəlcə Belçika və İspaniya yığmaları qarşılaşacaqlar.

Bu oyun saat 15:30-da başlayacaq. Ardından isə Rumıniya və Niderland seçmələri üz-üzə gələcəklər. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

Qeyd edək ki, C qrupunun oyunları avqustun 28-nə qədər Milli Gimnastika Arenasında baş turacaq. Açılış matçında Azərbaycan millisi Portuqaliyanı 3:1 hesabı ilə məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər