Belçika - Azərbaycan: Millimiz Belçikaya böyük hesabla uduzdu

Belçika - Azərbaycan: Millimiz Belçikaya böyük hesabla uduzdu

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirib.

Hit.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-şeytanlar"ın heyətində 17, 26, 30 və 37-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Leandro Trossard fərqlənib. F qrupunun digər görüşündə İsveç Estoniyanı məğlubiyyətə uğradıb - 2:0.

Bu nəticələrdən sonra xallarının sayını 20-yə çatdıran Belçika seçmə mərhələni qrup lideri kimi başa vurub. Avstriya 19 xalla ikinci, İsveç 10 xalla üçüncü, millimiz 7 xalla dördüncü, Estoniya bir xalla sonuncu yeri tutub.

AÇ-2024, seçmə mərhələ oyunu

Belçika - Azərbaycan 5:0

Qollar: Romelu Lukaku, 17; 27; 30; 37. Leandro Trossard, 90.

Qırmızı vərəqə: Eddi İsrafilov, 24.

Belçika: Kun Kastels, Vaut Fas, Yan Vertongen, Timoti Kastan, Artur Teat, Orel Manqala, Aster Vranks, Leandro Trossard, Yohan Bakayoko, Ceremi Doku, Romelu Lukaku (k).

Ehtiyat oyunçular: Kaminski, Sels, Debas, Tilemans, Karrasko, Lyukbakio, Deman, Al-Dahil, Openda, Vermeeren, Salemakers, Baçuayi.

Baş məşqçi: Domeniko Tedesko.

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Rahil Məmmədov, Höccət Haqverdi, Toral Bayramov, Aleksey İsayev, Emin Mahmudov (k), Eddi İsrafilov, Renat Dadaşov, Mahir Emreli.

Ehtiyat oyunçular: Yusif İmanov, Rəşad Əzizli, Cəlal Hüseynov, Turan Manafov, Coşqun Diniyev, Amin Seydiyev, Elvin Camalov, Ozan Can Kökcü, Qismət Alıyev, Nəriman Axundzadə, Rüstəm Əhmədzadə, Musa Qurbanlı.

Baş məşqçi: Canni De Byazi.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər