Baş məşqçi "getdim" deyir, klub boynuna almır - Azərbaycanda

Baş məşqçi "getdim" deyir, klub boynuna almır - Azərbaycanda

İkinci Liqada uğurlu çıxışı ilə diqqət çəkən, buna baxmayaraq, maddi sıxıntı yaşaması ilə bağlı tez-tez gündəmə gələn "Füzuli" komandasında baş məşqçi istefası reallaşıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Nadir Əliyev postundan ayrılıb.

O, "Baku Sportinq"lə dünən baş tutan görüşdən (0:0) sonra futbolçulara istefa verdiyini açıqlayıb.   

Klubdan saytımıza verilən açıqlamada isə baş məşqçinin istefa verməsi xəbəri təsdiq olunmayıb. Bildirilib ki, Nadir Əliyevin istefası barədə rəsmi qərar olarsa, bu haqda mətbuata açıqlama veriləcək.

Qeyd edək ki, 2 aydır maaş almamasına rəğmən, "Füzuli" hazırda lider "Baku Sportinq"dən 1 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb. Bölgə təmsilçisi növbəti oyununu 9 apreldə "Sheki City" komandasına qarşı keçirəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər