"Barselona"nın futbolçusu "İnter"in "radar"ında

"Barselona"nın futbolçusu "İnter"in "radar"ında
"Barselona"nın yarımmüdafiəçisi Rafinya karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "İnter" Rafinyanın xidmətində maraqlıdı. "Neradzurri" 27 yaşlı futbolçuya görə 16 milyon avro ödəməyə hazırdı.
Rafinya 2019-20 mövsümünü icarə əsasında "Selta"da keçirib. 33 matçda meydana çıxan braziliyalı oyunçu 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Rafinya 2018-ci ildə "İnter"də icarədə olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər