Barselonadakı azərbaycanlı oyunçuların aqibəti necə oldu? - SON DURUM

Barselonadakı azərbaycanlı oyunçuların aqibəti necə oldu? - SON DURUM

ASTA-nın (Azerbaijan Sport Talents Academy) Barselonada yerləşən "Marcet" akademiyasına göndərdiyi azərbaycanlı yeniyetmələrin taleyinin necə olacağı dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sponsorun imtinası səbəbindən futbolun sirlərinə İspaniyada yiyələnən futbolçuların bir neçəsi akademiyada saxlanılıb.

Qalanları isə AFFA-nın hesabına noyabrın 8-də geri qaytarılıblar. Qalanların və qayıdanların adlarını dəqiqləşdirməyə çalışacağıq.

Qeyd edək ki, daha öncə U-17 yığmasına dəvət alan "Marcet"lilər Azərbaycana dönmüşdülər.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər