Barselonadakı akademiya neçə azərbaycanlını saxlayacaq? - Qalanları bu tarixdə qayıdacaqlar

Barselonadakı akademiya neçə azərbaycanlını saxlayacaq? - Qalanları bu tarixdə qayıdacaqlar

ASTA-nın (Azerbaijan Sport Talents Academy) Barselonada yerləşən "Marcet" akademiyasına göndərdiyi azərbaycanlı yeniyetmələrinin taleyinin necə olacağı dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sponsorun imtinası səbəbindən İspaniyada olan futbolçuların yalnız bir neçəsi akademiyada saxlanılacaq.

İspanların ödənişsiz sahib çıxmaq istədikləri oyunçuların adları bəlli olmasa da, təxminən 6-7 azərbaycanlı orada qalacaq. Qalanları isə AFFA-nın hesabına geri qaytarılacaqlar ki, bu da noyabrın 8-nə planlaşdırılıb.

Qeyd edək ki, daha öncə U-17 yığmasına dəvət alan "Marcet"lilər Azərbaycana qayıtmışdılar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər