Barselonada "Neftçi"nin yetirməsini təbrik etdilər - FOTO

Barselonada "Neftçi"nin yetirməsini təbrik etdilər - FOTO

Barselonanın "Marcet" akademiyası "Samdoriya"ya keçən Lorenzo Metsoteronu təbrik edib.

Fanat.Az xəbər verir ki, sözügedən akademiya bu gün İtaliya B Seriyası klubu ilə müqavilə bağlayan 16 yaşlı forvarda ənənəvi qaydada uğurlar arzulayıb.

Xatırladaq ki, Lorenzo ölkəmizdə daha çox "Neftçi"nin aşağı yaş qrupları üzrə komandalarında sərgilədiyi oyunla yadda qalıb. Valideynləri 2020-ci ildə Azərbaycanı tərk etdikləri üçün 12 yaşında Bakıdan ayrılan Lorenzo daha sonra "Atalanta"nın strukturunda olub. O, ötən mövsümü "Barselona"nın "Marcet" akademiyasında keçirib.

Barselonada "Neftçi"nin yetirməsini təbrik etdilər - FOTONihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər