"Barselona"da daha bir portuqaliyalı - RƏSMİ

"Barselona"da daha bir portuqaliyalı - RƏSMİ

“Barselona” “Mançester Siti”nin müdafiəçisi Joau Kanselonu heyətinə cəlb edib. 

Fanat.Az xəbər verir ki, məlumatı Kataloniya təmsilçisinin mətbuat xidməti yayıb.    29 yaşlı portuqaliyalı futbolçu icarəyə götürülüb. O, bu mövsümü "Barselona"nın heyətində keçirəcək.    Qeyd edək ki, 2019-cu ildən “Mançester Siti”də çıxış edən Kanselu ötən mövsümün ikinci hissəsində “Bayern Münhen”də icarə əsasında çıxış edib.

Beləliklə, "Barselona" son bir sutka ərzində Portuqaliya millisinin 2 üzvünün keçidini həll edib. Bundan əvvəl "Atletiko Madrid"dən Joau Feliks icarəyə götürülüb.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər