"Barselona" portuqaliyalının klubuna yeni təklif hazırlayır

"Barselona" portuqaliyalının klubuna yeni təklif hazırlayır

"Barselona" bu yay Joau Feliks üçün "Atletiko Madrid"ə yeni təklif göndərəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.

Mənbə 22 yaşlı portuqaliyalı futbolçunun Kataloniya təmsilçisinin baş məşqçisi Xavinin arzuladığı hücumçu olduğunu və mütəxəssisin bu keçidin reallaşması üçün bacardığını edəcəyini vurğulayıb.

Daha öncə "Barsa"nın prezidenti Joan Laporta da Feliksin oyununu çox bəyəndiyini açıqlamışdı. 

Feliks "Atletiko"ya 2019-cu ildə "Benfika"dan transfer olunub. Bu mövsüm La Liqada 23 oyuna çıxan Portuqaliya millisinin üzvü 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər