"Barselona" portuqaliyalı udluzu heyətinə qatır - Tərəflər razılaşdı

"Barselona" portuqaliyalı udluzu heyətinə qatır - Tərəflər razılaşdı

"Barselona" heyətinə yeni hücumçu qatmağa yaxındır.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən jurnalist Mark Martines yayıb.

Xəbərə görə, Kataloniya klubu Joau Feliksin bir mövsümlük icarəyə götürülməsi ilə bağlı "Atletiko Madrid" ilə razılığa gəlib. Mənbə 24 yaşlı portuqaliyalının icarəsinin "blauqrana"ya 10 milyon avroya başa gələcəyini vurğulayıb. Bunadan başqa, "Barsa"nın sözügedən oyunçunun maaşının 70 faizini ödəyəcəyi də bildirilib.

"Barselona" portuqaliyalı udluzu heyətinə qatır - Tərəflər razılaşdı

Qeyd edək ki, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone ilə münasibətləri qaydasında olmayan 24 yaşlı Feliks dünən "Barselona"da oynamaq istəyini və bunun uşaqlıq arzusu olduğunu dilə gətirib. Madrid klubu futbolçunun açıqlamasına neqativ reaksiya verib, bir qrup fanat isə Joaunun xatirə lövhəciyini tanınmaz hala salaraq üzərinə "Joau, rədd ol "Barselona"ya" yazıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər