"Barselona" "İnter"in futbolçusuna göz dikib

"Barselona" "İnter"in futbolçusuna göz dikib
"İnter"in yarımmüdafiəçisi Stefano Sensi karyerasını İspaniyada davam etdirə bilər.
"Calciomercato"nun xəbərinə görə, "Barselona" Sensinin xidmətində maraqlıdı. İtaliyalı futbolçunun agenti - Cuzeppe Riso Barselonaya yola düşüb. Səfərin dəqiq səbəbi barədə məlumat yoxdu.
Risonun səfərinin "İnter"in İvan Rakitiç və Arturo Vidala olan marağı ilə əlaqədar ola biləcəyi də iddia olunur.
"Barselona" müdafiəçi Milan Şkrinyar və hücumçu Lautaro Martinesi də heyətində görmək istəsə də, "neradzurrilər" sözügedən futbolçuları satmaq niyyətində deyil.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər