“Bakı”nın sabiq futbolçusu həbs olundu: 1 ton narkotik...

“Bakı”nın sabiq futbolçusu həbs olundu: 1 ton narkotik...
"Bakı”nın sabiq futbolçusu Serxio Kontreras Pardo həbs olunub.
Fanat.Az AFP-yə istinadən xəbər verir ki, 36 yaşlı "Koke” ləqəbli oyunçu vətəni İspaniyanın Estepona şəhərində polis reydi zamanı saxlanılıb.
Veteran hücumçu narkotik ticarəti ilə məşğul olan şəbəkəyə rəhbərlik etməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ümumilikdə 20-yə yaxın şəxs tutulub. Onlardan 1 tona yaxın, dəyəri təxminən 700 min avro olan həşiş aşkarlanıb. Narkotiklərin satışına Kokenin rəhbərlik etdiyi vurğulanıb. Onun hazırda Malaqadakı polis bölməsində saxlanıldığı bildirilir.
Qeyd edək ki, Bakıda 2012-ci ildə çıxış etmiş Koke 4 il sonra karyerasını başa vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər