"Bakı"nın bazası belə məhv edilir - VİDEO

"Bakı"nın bazası belə məhv edilir - VİDEO
Vaxtilə Azərbaycan Premyer Liqasında çıxış edən və tarixin yaddaşına həkk olan "Bakı” klubunun bazası məhv edilir.
Fanat.Az-ın məlumatına görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən keçmiş baza tikinti meydançasına çevrilir.
Paytaxtın ən böyük futbol kompleksi, gözlənildiyi kimi, Türkiyə şirkətinə satılıb. 6 aydan artıq davam edən danışıqlardan sonra idman qurğusunun yeni sahibi buranı qonşu ölkədən olan iş adamlarının ixtiyarına verib.
Hazırda əsas meydançanın və akademiyanın yerləşdiyi birinci bazada ağır texnika işləyir. Ehtimal olunur ki, burada yaşayış massivi salınacaq.
 
Mənbə: sportinfo.az
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər