Bakıda festival keçiriləcək

Bakıda festival keçiriləcək

İyunun 1-də Dənizkənarı Milli Park ərazisində Voleybol Festivalı keçiriləcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq festival Bakı ilə yanaşı, bölgələrdə də təşkil olunacaq.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə 12 yaşadək voleybolçu qız və oğlanlardan ibarət komandalar iştirak edəcəklər. 

Onlar arasında simvolik yarışlar və müxtəlif oyunlar baş tutacaq.

Festivalın məqsədi uşaqların idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etmək və dostluq, komanda ruhu kimi dəyərləri təşviq etməkdir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər