Bakıda azyaşlıya əxlaqsız təklif edən məşqçi tutuldu

Bakıda azyaşlıya əxlaqsız təklif edən məşqçi tutuldu
Bakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi saxlanılıb.
Fanat.az xəbər verir ki, bu barədə Oxu.Az Sabunçu rayonu hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadən xəbər verir.
Məsələ ilə bağlı P.F. adlı 31 yaşlı paytaxt sakininin 12-ci Polis şöbəsinə müraciət etdiyi bəllidir.
Sözügedən qadın bildirib ki, 41 yaşlı Y.M. adlı futbol məşqçisi onun oğluna əxlaqsız təkliflər edib. Məşqçi yeniyetmənin telefonuna SMS-lər göndərərək onunla cinsi əlaqəyə girməyi təklif edib.
Məşqçinin cinayət əməllərinin sübutu qismində gəncin anası həmin SMS-ləri polisə təqdim edib. Bundan sonra məşqçi tutulub və hazırda faktla bağlı araşdırma aparılır.
Futbol məktəbinin adı ilə bağlı isə heç bir məlumat verilmir.
 
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər