Bakıda anadan olmuş erməni futbolçu öldü

Bakıda anadan olmuş erməni futbolçu öldü
Ermənistanın tanınmış veteran futbolçusu Arkadi Andreasyan dünyasını dəyişib. 
 
Fanat.Az xəbər verir ki, bu barədə "Sputnik Armeniya” məlumat yayıb.
 
1947-ci ildə Bakıda anadan olmuş Andreasyan Yerevanda ölüb. İlkin məlumata görə, o, ürək çatışmazlığı səbəbindən 73 yaşında dünyasını dəyişib.
Andreasyan son illər siyasətlə məşğul olub, Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalarda iştirak edib.
Qeyd edək ki, Arkadi Andreasyan 1947-ci il avqustun 11-də Bakıda anadan olub. Bakının "Neftyanik” (hazırkı "Neftçi" klubunun yetirməsidir. Andreasyan Yerevanın "Ararat” futbol klubunun vitse-prezidenti idi. Keçmiş SSRİ yığmasının tərkibində Olimpiadanın bürünc mükafatını alıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər