Antalyadakı təlim-məşq toplanışında olan "Səbail" bu gün son yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Polşa "Korona"sı ilə üz-üzə gəlib. "Səbail"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90-cı dəqiqədə "Səbail"in yeni transferi Hendrik Ekşteyn vurub.
"Səbail" bunadək indiki toplanış çərçivəsində 3 yoxlama oyunu keçirib. Bakı təmsilçisi Qazaxıstanın "Jetisu" komandasına 0:1, Ukrayna "Olimpik"inə 1:3 hesabı ilə yenilib, Rumınya "Voluntari"si ilə bərabərliyə razılaşıb - 2:2.
|
|
Fanat.Az