"Səbail” daha bir futbolçusu ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi gürcü hücumçu Luka İmnadze ilə vidalaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə futbolçu ilə müddəti bitən müqavilənin yeniləmənmədiyi diqqətə çatdırılıb.
İmnadze bu ilin yanvar ayından "Səbail”in uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 16 rəsmi oyuna çıxıb.
"Səbail” bundan əvvəl Milovan Petrovik və Florian Kadriu ilə əməkdaşlığa son qoyulduğunu açıqlamışdı.
Fanat.Az