Bu gün "Keşlə"nin heyətinə qatmağa hazırlaşdığı iki futbolçu tibbi müayinədən keçib.
Fanat.Az xəbər verir ki, bunlar Şimali Makedoniya "Şkupi"sindən ayrılan Elvin Yunuszadə və Moldova millisinin son klubu "Sabah" olan üzvü Yevgeni Koçukdur.
Sözügedən futbolçuların yaxın günlərdə rəsmi anlaşmaya qol çəkəcəyi gözlənilir. Elvin "Şkupi"dən azad transfer hüququnu təsdiqləyəcək sənədin göndərilməsini gözləyirsə, Koçuk da müəyyən sənədləri qaydaya salmalıdır.
Fanat.Az