"Zirə"dən ayrılan Alvaro Ampueronun yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, 28 yaşlı perulu cinah müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək.
Ampuero "Mannuççi" klubu ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, Alvaro Ampuero 2019/20 mövsümündə "Zirə"nin formasını geyinib. O, qəsəbə təmsilçisinin heyətində 18 matçda meydanda olub.
Fanat.Az