Bakı klubunda braziliyalı futbolçu - RƏSMİ

Bakı klubunda braziliyalı futbolçu - RƏSMİ
"Keşlə” növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi braziliyalı müdafiəçi Artur Batista de Souzanı heyətinə qatıb. 26 yaşlı oyunçu  ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
 
Bakı klubunda braziliyalı futbolçu - RƏSMİ 
Qeyd edək ki, 26 yaşlı futbolçu karyerasına Braziliyanın "İnternasional" (2015-2018) klubunda başlayıb. 2017-ci ildə Braziliyanın "Ponte Preta", 2018-də isə "Brasil de Pelotas" və "Krikiuma" klublarlna icarəyə verilən Artur 2018-ci ildən Ukrayna təmsilçisi "Vorskla”da forma geyinib. Son mövsümdə bu komandanın heyətində 15 oyuna çıxan futbolçu 3 məhsuldar ötürmə edib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər