Bakı klubun futbolçusu: "Son dəfə avqustda maaş almışam"

Bakı klubun futbolçusu: "Son dəfə avqustda maaş almışam"
Noyabrın 30-da "Keşlə” ilə müqaviləsinə xitam verildiyi açıqlanan yarımmüdafiəçi Şohrux Qadoyev klubdan əməkhaqqısının ödənilməsini gözləyir.
Bu barədə özbəkistanlı futbolçu öz məlumat verib.
29 yaşlı hücumameyilli oyunçu son 3 ayın maaşını almadığını və bu səbəbdən ölkəsinə yollana bilmədiyini bildirib: "Son dəfə avqustda maaş almışam. Təkcə mən yox, ümumiyyətlə, "Keşlə”nin bütün futbolçuları 3 aydır pul almırlar. Artıq ay yarımdır ayrılmışam, amma hələ borcu qaytarmayıblar. Özbəkistana qayıtmaq istəyirəm, ancaq pulu vermədikləri üçün gedə bilmirəm”.
Qeyd edək ki, Şohrux Qadoyev "Keşlə”yə bu ilin yanvarında ölkəsinin "Bunyodkor” klubundan keçib 
Mənbə: apasport.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər