Bakı klubunun futbolçusu Avropada top qovacaq - RƏSMİ

Bakı klubunun futbolçusu Avropada top qovacaq - RƏSMİ
"Səbail"in futbolçusu – 24 yaşlı Orxan Qurbanlı karyerasını ölkə xaricində davam etdirəcək. 
 
Fanat.Az Bakı klubunun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Latviya "Dauqavpils"inə keçib. 
O, mövsümün sonuna kimi icarə əsasında bu komandanın formasını geyinəcək. 
Qeyd edək ki, Orxan Qurbanlı U-21 millimizdə də oynayıb. 2016-cı ildə "Neftçi"yə məxsus olan futbolçu həmin dönəmdə də icarə əsasında "Dauqavpils"də top qovub. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər