Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, payaxt təmsilçisi Anqola əsilli portuqaliyalı hücumçu Aldair Sapalo Amaro Neto ilə müqavilə bağlayıb. Sözləşmənin müddəti 1 il təşkil edir.
Qeyd edək ki, 27 yaşlı forvard son klubu Şimali Makedoniyanın I liqasında çıxış edən "Pelister" olub. Futbolçu son mövsümdə bu komandanın heyətində 30 oyuna çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aldair Neto əvvəllər Portuqaliyanın "Fatima", "Maritimo" (B komandası), "Qafana", Uelsin "Banqor Siti" və Şimali Makedoniyanın "Şkendiya" klublarında top qovub.
Fanat.Az