Bakı klubu iki futbolçusunu göndərdi - RƏSMİ

Bakı klubu iki futbolçusunu göndərdi - RƏSMİ
"Səbail” Florian Kadriu və Milovan Petroviklə vidalaşıb. 
Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
"Səbail” hər iki yarımmüdafiəçinin müddəti bitən müqaviləsini yeniləməyib.
 
Şimali Makedoniyadan olan oyunçulardan Petrovik 2020-ci ilin iyulundan, Kadriu isə avqustdan "Səbail"in uğurları üçün çalışırdı. Milovan bu komandanın heyətində 15 rəsmi oyuna çıxıb. Florian isə 20 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
"Səbail” Premyer Liqanın sonuncusu olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər