Bakı klubu daha bir futbolçusunu göndərdi

Bakı klubu daha bir futbolçusunu göndərdi

"Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.

 

Fanat.Az xəbər verir ki, paytaxt klubu moldovalı legioneri Yevgeni Koçukla vidalaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb: "Səbail" Futbol Klubunun kollektivi adından üç gözəl və emosional mövsüm üçün təşəkkür edirik! Uğurlar, Yevgeni!”

 

Qeyd edək ki, "Səbail” Moldova yığmasının üzvünü 2018-ci ildə Slovakiyanın "Jilina” klubundan icarəyə götürmüş, daha sonra onu birdəfəlik transfer etmişdi. 27 yaşlı futbolçu paytaxt təmsilçisinin heyətində 54 oyun keçirib, 8 qola imza atıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər