Bakı klubu daha 3 futbolçuyla gücləndi - RƏSMİ

Bakı klubu daha 3 futbolçuyla gücləndi - RƏSMİ
"Səbail” heyətinə daha üç futbolçu qatıb. 
Fanat.Az xəbər verir ki, bakılılar sabiq yarımmüdafiəçisi Ruslan Hacıyevi rənglərinə bağlayıb.
 
Bakı klubu daha 3 futbolçuyla gücləndi - RƏSMİ
 
"Qarabağ” və "Samtrediya”da da oynamış futbolçu ilə 1 illik müqavilə imzalanıb. 23 yaşlı futbolçu daha öncə də iki dəfə "dənizçilər”in heyətinə cəlb olunub. Ruslan köhnə-yeni komandasında "18” nömrəli formanı geyinəcək.
 
Bakı klubu daha 3 futbolçuyla gücləndi - RƏSMİ
Paytaxt klubunun digər transferi yarımmüdafiəçi Orxan Fərəcovdur. 20 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni komandasında "20” nömrəli forma altında çıxış edəcək.
 
Bakı klubu daha 3 futbolçuyla gücləndi - RƏSMİ
 
"Səbail” qanalı mərkəz müdafiəçisi Camal Araqonu da transfer edib. 28 yaşlı futbolçuyla da 1 illik sözləşmə imzalanıb. Kosovo "Drita”sından transfer olunmuş müdafiəçi yeni komandasında "30” nömrəli futbolkada top qovacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər