Bakı klubu baxışda olan qapıçı ilə bağlı qərar verdi

Bakı klubu baxışda olan qapıçı ilə bağlı qərar verdi
Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubunun baxışda olan qapıçı Cavid Qurbanovla bağlı qərarı bəlli olub. 
"Report"un məlumatına görə, 17 yaşlı qolkiper paytaxt təmsilçisinin məşqçilər korpusunu qane etməyib. 
Komanda hazırda legioner qapıçı axtarışındadır. 
Qeyd edək ki, "Səbail" daha əvvəl Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevi heyətinə qatıb. Cavid Qurbanov son olaraq I Divizionda çıxış edən "Kəpəz"in şərəfini qoruyub.  
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər