Bakı klubu "Barselona"nın sabiq futbolçusunu heyətinə qatdı

Bakı klubu "Barselona"nın sabiq futbolçusunu heyətinə qatdı
"Sabah" İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Xuan Kamaranı heyətinə qatır.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi bu barədə rəsmi "Facebook" hesabından paylaşım edib.
Klub 27 yaşlı yarımmüdafiəçinin Lionel Messi, Luis Suares və Arda Turanla fotosunu paylaşıb. Müqavilə ilə Polşa "Yagelloniya"sına məxsus olan ispaniyalı oyunçunun icarə əsasında Azərbaycan təmsilçisində çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, Xuan Kamara 2014 - 2016-cı illərdə "Barselona"nın əvəzedici, 2016 - 2018-ci illərdə isə əsas komandasında çıxış edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər