Bakı klubu argentinalı futbolçu transfer edir

Bakı klubu argentinalı futbolçu transfer edir
"Keşlə" argentinalı futbolçu transfer edir. Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Çexiyanın "Jlin" klubundan Pablo Podionu heyətinə qatır.
Bu barədə Çexiya klubunun baş məşqçisi Bohumil Panik məlumat verib. Mütəxəssis bildirib ki, ehtiyatda qalmaq istəməyən futbolçu komandanı tərk etmək istəyib və onlar buna icazə verib.
Qeyd edək ki, 2008-ci ildə Argentinanın "Playosa" klubundan Slovakiya "Podbrezova"sına transfer olunan Pablo Podio bu yay "Jlin"ə keçmişdi. 28 yaşlı yarımmüdafiəçi Çexiya klubunun heyətində cəmi 5 rəsmi oyuna çıxıb və 230 dəqiqə oynayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər