Bahar Kubokunun qalibi məlum oldu

Bahar Kubokunun qalibi məlum oldu

Qadın voleybolçular arasında Bahar Kuboku turnirinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, 3-cü yer uğrunda oyunda "Azərreyl" və UNEC komandaları üz-üzə gəliblər. Meydandan 3:0 (25:20, 25:14, 25:16) hesablı qələbə ilə ayrılan "Azerreyl" bürünc medallara sahib çıxıb.

Final matçında isə "Abşeron" və "Murov" kollektivləri münasibətlərinə aydınlıq gətiriblər. Rəqibini 3:0 (25:23, 25:18, 25:18) hesabı ilə məğlub edən "Abşeron" Bahar Kubokunun qalibi olub.

Bahar Kuboku 18 mart 3-cü yer uğrunda oyun 14:00. "Azərreyl" - UNEC - 3:0 (25:20, 25:14, 25:16) AVF-in idman zalı

Final 16:00. "Abşeron" - "Murov" - 3:0 (25:23, 25:18, 25:18) AVF-in idman zalı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər