"Azərreyl"in yeni prezidenti bəlli oldu

"Azərreyl"in yeni prezidenti bəlli oldu

"Azərreyl” voleybol klubunun yeni prezidentinin adına aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, kluba rəhbərlik Dağıstan Hüseynova həvalə edilib. 

O, “Azərreyl”də Fərid Xəlilovun istefasından sonra boş qalan prezident postunu tutacaq. 38 yaşlı funksioner 2019-2021-ci illərdə “Murov”a rəhbərlik edib.

Qeyd edək ki, “Azərreyl”in sabiq prezidenti Fərid Xəlilov bu yaxınlarda Azərbaycan Voleybol Federasiyasına baş katib təyin edilib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər