"Azərreyl"in tarixi uğurundan 20 il ötür

"Azərreyl"in tarixi uğurundan 20 il ötür

Bu gün  qadınlardan ibarət “Azərreyl” voleybol klubunun Avropa Top-Komandalar Kubokunu qazanmasının 20 ili tamam olur.

Fanat.Az xəbər verir ki, 2002-ci ilin bu günündə Faiq Qarayevin baş məşqçi olduğu kollektiv ardıcıl qələbələrdən sonra Bakıda təşkil olunmuş "dördlər finalı"nda da rəqiblərini yenərək, bu titula yiyələnib.

Qarşılaşmanı Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev də izləyib və komandanı təbrik edib. Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyev voleybolçuları qəbul edib.

“Azərreyl”in 2002-ci ildə Top-Komandalar Kubokunu qazanmış heyəti:

Voleybolçular: Alla Həsənova, Yelena Porxomenko, Oksana Parxomenko, Oksana Məmmədyarova, Valeriya Korotenko, İnessa Qorxmaz, Alla Teterina, Yelena Şabovta, İlahə Ağayeva, Yelena Siminyagina, Səbinə Əjdərova, Marina Kuzmina;

Baş məşqçi: Faiq Qarayev Köməkçi məşqçilər: Aleksandr Çervyakov, Vyaçevslav Çerneykin; Həkim: Zinyət Orduxanova Fizioterapevt: Dinara Əjdərova Menecer: Qrigori Frişman.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər