"Azərreyl" UNEC-i yendi

"Azərreyl" UNEC-i yendi

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının əvvəlki turdan təxirə salınan bir oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında “Azərreyl” və UNEC komandaları üz-üzə gəlib. Matç "dəmiryolçular"ın 3:1 (25:14, 19:25, 25:18, 25:15) hesablı üstünlüyü ilə yekunlaşıb.

Bu, Famil Ağayevin yetirmələrinin çempionatda ardıcıl ikinci qələbəsi olub. Xatırladaq ki, "Azərreyl" daha əvvəl "Murov"u "quru hesab"la yenmişdi.

Super Liqa 

21 yanvar

"Azərreyl" – UNEC 3:1 (25:14, 19:25, 25:18, 25:15)

Turnir cədvəli: Abşeron - 6 xal (6:0), "Azərreyl" - 6 (6:1), UNEC - 0 (1:6), Murov - 0 (0:6)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər