"Azərreyl" "Slovan"la hər iki oyununu Bakıda keçirəcək

"Azərreyl" "Slovan"la hər iki oyununu Bakıda keçirəcək

Azərbaycanın qadınlardan ibarət "Azərreyl" voleybol klubunun avrokubok oyunlarının vaxtı dəyişib.

Fanat.Az xəbər verir ki, Famil Ağayevin çalışdırdığı kollektiv Çağırış Kubokunun seçmə oyunlarının ilk mərhələsi  çərçivəsində noyabrın 22-də səfərdə, noyabrın 29-da evdə Slovakiya “Slovan”ı ilə qarşılaşmalı olsa da, sonradan klublar hər iki görüşün Bakıda keçirilməsi barədə razılığa gəliblər. 

Beləliklə, noyabrın 29-da ilk oyun, ertəsi gün isə cavab qarşılaşması keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər