"Azərreyl" "quru hesab"la uduzdu, UNEC-dən çətin qələbə

"Azərreyl" "quru hesab"la uduzdu, UNEC-dən çətin qələbə

Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasında bu gün II turun təxirə salınan oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, günün ilk görüşündə “Abşeron” və “Azərreyl" üz-üzə gəlib. Matç birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Eldar Yusubovun yetirmələri turnir cədvəlində vahid lider olub.

Ardınca isə UNEC və "Murov" münasibətləri aydınlaşdırıb. Tay-breykə qədər davam edən dueldən UNEC qalib ayrılıb.

Super Liqa II tur

"Azərreyl" - "Abşeron" 0:3 (19:25, 22:25, 17:25)

UNEC – "Murov" 3:2 (28:26, 9:25, 25:15, 16:25, 15:10)

Turnir cədvəli: Abşeron - 9 xal (9:0), "Azərreyl" - 6 (6:4), UNEC - 2 (4:8), Murov - 0 (2:9).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər