İran millisinin sabiq hücumçusu Əli Daei Krişrianu Ronaldudan danışıb.
Fanat.Az xəbər verir ki, millidə 109 top vuraraq dünya rekordu qıran azərbaycanlı veteran belə deyib:
"Ronaldunun rekordumu qıracağına ümid edirəm. Bu, məni pərişan etməyəcək. Belə səviyyədə oyunçunun mənə çatmağa çalışması qürurvericidir. O, fenomendir. Yalnız dövrünün yox, bütün zamanların ən yaxşılarındandır".
Qeyd edək ki, 35 yaşlı Ronaldu Portuqaliya yığmasında 102 top vurub.
Fanat.Az