Azərbaycanlı qapıçı Albaniyada debüt etdi, komandası...

Azərbaycanlı qapıçı Albaniyada debüt etdi, komandası...

Bir müddət öncə Albaniyanın 1-ci Liqa təmsilçisi "Lüftetari"yə transfer olunan azərbaycanlı qapıçı Elməddin Məmmədov yeni komandasında debüt edib.

Fanat.Az-ın məlumatına görə, sözügedən qolkiper çempionatın 2-ci turunda 90 dəqiqə mübarizə aparıb.

Elməddinin komandası səfərdə "Apolonia" ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı bəabərliklə yekunlaşıb. Məmmədov qolu penaltidən buraxıb. Rəqib hesabı bərabərləşdirəndən sonra azlıqda qalan "Lüftetari" evə 1 xalla dönməyi bacarıb.

Xatırladaq ki, 29 yaşlı Elməddin ötən mövsüm 1-ci Liqa təmsilçisi "Mingəçevir"in əsas qapıçısı olub. O, daha öncə bir neçə dəfə legioner həyatı yaşayıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər