Ötən mövsümün ikinci yarısında "Mingəçevir"in ən yaddaqalan futbolçularından olan Elməddin Məmmədov karyerasını ölkə xaricində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bir neçə gündür Albaniyada yerli "Lüftetari"nin düşərgəsində olan qapıçı 1-ci Liqa təmsilçisi ilə müqavilə bağlayıb.
Elməddin 1 mövsümlük anlaşmaya imza atıb.
Nihat