Azərbaycanlı məşqçi dünyasını dəyişdi

Azərbaycanlı məşqçi dünyasını dəyişdi
Bu gün səhər saatlarında Yevlax futbolunun tanınmış siması, vaxtilə "Yunçu", "Avtomobilçi" klublarında top qovmuş və uşaq futbol məşqçisi olmuş Həsən Abdullayev 71 yaşında dünyasını dəyişib.
 
Fanat.Az xəbər verir ki, Həsən Abdullayev uzun müddət Yevlaxda "Karvan" stadionun direktoru kimi çalışıb.
 
O, son illər "El TV"  kanalında Bəhruz Musayevlə futbol eksperti kimi çalışırdı. Pozitiv və gülərüz insan son günlər insultdan əziyyət çəkirdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər