Azərbaycanlı idmançının toyundan görüntülər - VİDEO

Azərbaycanlı idmançının toyundan görüntülər - VİDEO
Kikboksinq üzrə bir çox beynəlxalq yarışların qalibi, azərbaycanlı idmançı Emil Məmmədov sevib-seçdiyi xanımla ailə həyatı qurub. 
İdmançı "Instagram" hesabında xoş günündən video və fotolar paylaşıb. 
"Dostlar, çox sağ olun. Həyatımın ən gözəl günündə mənimlə olan hər bir kəsi çox dəyərləndirirəm" - yazaraq, Emil dostlarına təşəkkür edib. 
İdmançının dəbdəbəli toyu şəhər restoranlarının birində baş tutub. 
Qeyd edək ki, Emil Məmmədov uzun illərdir ki, Rusiyada yaşayır, amma tez-tez doğmalarını, yaxınlarını görmək üçün Azərbaycana gəlir. O, beynəlxalq yarışlarda iştirakı ilə yanaşı, bir çox məşhurların məşqçisi kimi də tanınır.  (BAKU.WS)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər