Azərbaycanlı hücumçudan Almaniyada het-trik

Azərbaycanlı hücumçudan Almaniyada het-trik

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 9-cu turunda “Kamnitser”lə qarşılaşıb.

“Dinamo” səfərdə baş tutan bu matçdan qələbə ilə ayrılıb - 4:0. Meydana start heyətində çıxan Dadaşov 80-ci dəqiqədə əvəzlənib. Komandasının 3 qolunu da Rüfət vurub. O, 6, 45+3 və 76-cı dəqiqələrdə fərqlənib.

“Dinamo” hazırda 18 xalla 3-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər