Azərbaycanın FİFA referisi Fəridə Lütfəliyeva və FIFA referi köməkçisi Gülnurə Əkbərzadə beynəlxalq təyinat alıblar.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ədalət təmsilçiləri 17 yaşadək qadın futbolçular arasında Monteneqroda keçiriləcək Avropa çempionatının ikinci raundunun matçlarını idarə edəcəklər.
Onlar ilk olaraq martın 11-də keçiriləcək qarşılaşmada iş başında olacaqlar.
11 mart Belarus – Andorra “Topoplica Stadion” stadionu. Saat 14:30 Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Milena Vidiç (Monteneqro) Dördüncü hakim: Milisa Raduloviç (Monteneqro) 14 mart Monteneqro – Andorra “Mitar Mićo Goliš” stadionu. Saat 17:00 Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Laura Koskinen (Finlandiya) Dördüncü hakim: İfeoma Kulmala (Finlandiya) 17 mart Monteneqro – Belarus “Gradski Stadion Podgorica” stadionu. Saat 17:00 Hakimlər: Pimenta Oliveyra Tereza Alis (Portuqaliya), Qraça Tavares (Portuqaliya), Gülnurə Əkbərzadə Dördüncü hakim: Fəridə Lütfəliyeva