Azərbaycanlı hakimin ömürlük cəzası qüvvədə qaldı

Azərbaycanlı hakimin ömürlük cəzası qüvvədə qaldı
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, yığıncaqda sabiq hakim Anar Niyazov tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb.
Qurum onun müraciətinin təmin edilməməsinə qərar verib. Bununla da İntizam Komitəsinin onun barəsində 2017-ci ildə çıxardığı qərar qüvvədə qalıb.
Qeyd edək ki, danışılmış oyunlarda iştiraka görə Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib. Bu qərar UEFA-dan daxil olmuş danışılmış oyunlarla bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsasən verilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər