Azərbaycanlı hakim Türkiyənin oyununa təyinat aldı

Azərbaycanlı hakim Türkiyənin oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, Türkiyənin Antalya şəhərində keçiriləcək qadınlardan ibarət Türkiyə – Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq.

Ədalət təmsilçisinə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.

Qeyd edək ki, “Atatürk” Olimpiya Stadionundakı qarşılaşma fevralın 28-də gerçəkləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər