Azərbaycanlı hakim milli üzvünün oyununda

Azərbaycanlı hakim milli üzvünün oyununda

Azərbaycanlı beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev avrokubok oyununa təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, yanvarın 12-də qadın komandalar arasında CEV kubokunun 1/8 final mərhələsinin “Sent-Benedek” (Macarıstan) – “Dukla” (Çexiya) oyununda ikinci hakim funksiyasını yerinə yetirəcək.

Görüş Budapeştdə baş tutacaq. Birinci hakim Alin Mateyzer (Rumıniya) olacaq.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Nikalina Başnakova "Sent-Benedek"də çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər