Azərbaycanlı hakim Avropa çempionatında

Azərbaycanlı hakim Avropa çempionatında

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev növbəti təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, o, 21 - 24 apreldə Türkiyənin Bursa şəhərində keçiriləcək 17 yaşadək qızlar arasında Avropa çempionatının A qrupunun oyunlarını idarə edən referilərdən biri olacaq.

Hacıyevlə yanaşı, yunanıstanlı Nikolas Angelidis, litvalı Audrius Qarqasas və serbiyalı Svetlana Zotoviç bu qrupda ədaləti qoruyacaq.

Qeyd edək ki, A qrupunda Türkiyə, Albaniya, Macarıstan və Ukraya voleybolçuları çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər